AZ

Səyyar torpaqlanma qurğusu ilk öncə torpağa birləşdirilməlidir

Cərəyandaşıyan hissələrə torpaqlanma qurğusunun və stasionar torpaqlanma bıçaqlarının qoşulması bilavasitə gərginliyin olmamasının yoxlanmasından sonra həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Səyyar torpaqlanma qurğusu ilk öncə torpağa birləşdirilməli, gərginliyin olmamasının yoxlanılmasından sonra isə cərəyandaşıyan hissələrə taxılmalıdır. Səyyar torpaqlanma qurğusunun çıxarılması isə torpaqlanma qurğusunun qoyulmasının əks-ardıcıllığı ilə yerinə yetirilməlidir, belə ki, ilk öncə onlar cərəyandaşıyan hissələrdən çıxarılmalı, bundan sonra isə yerdən ayrılmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
heftelik.az

1Mənbələr