AZ

Digər ölkələrÇinin xarici işlər naziri: NATO-nun Asiya regionunun işlərinə müdaxiləsi yolverilməzdir

NATO-nun Asiya regionunun işlərinə müdaxiləsi yolverilməzdir.

"Far.Az" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi niderlandlı həmkarı Kaspar Veldkampla telefon danışığı zamanı bəyan edib.

"NATO öz məsələləri ilə məşğul olmalı və Asiya-Sakit okean regionunun işlərinə qarışmaqdan çəkinməlidir", - Vanq Yi bildirib.

Vanq Yi deyib ki, alyans Çinin daxili siyasətinə qarışmamalıdır. O həmçinin ölkəsinin beynəlxalq arenada sülh və sabitliyin qorunmasına sadiqliyini bir daha təsdiqləyib.

“Çin və alyans üzvlərinin fərqli siyasi sistemləri və dəyərləri var, lakin bu, NATO ilə qarşıdurmaya səbəb olmamalıdır. Doğru yol dialoqu gücləndirmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və qarşılıqlı etimad üçün zəmin yaratmaqdır”, - Çinin xarici işlər naziri vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
8
far.az

10Mənbələr