Təmsilçimizin minimal hesablı qələbəsi ilə yekunlaşan “Şerif” – “Zirə” matçından sonrakı mətbuat konfransında hər kimi komandanın baş məşqçisi fikirlərini bölüşüb.
Tiraspol klubunun baş məşqçisi Yuriy Hura da oyun barədə öz fikirlərini bildirib:
"Hava çox isti idi. Biz əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Rəqib komanda son dəqiqələrdə qol vurdu. Sadəcə bir real qol vəziyyəti yaratdılar və qol vurdular”.
Xatırladaq ki, görüşün 89-cu dəqiqəsində Davit Volkov “Zirə”nin qələbə qoluna imza atıb.