AZ

İstivurma ürək və beyin zədələnməsinə səbəb ola bilər

İstivurma ürək və beyin zədələnməsinə səbəb ola bilər

İstivurma insanlarda ürək və beyin zədələnməsinə səbəb ola bilər.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, mövzu ilə bağlı Mersin Universitetinin professoru Seyran Bozkurt araşdırma edib.

Professorun sözlərinə görə, bədəndə hərarət artmağa başlayanda zərər verir: “Beyin toxuması, ürək, qaraciyər, böyrək kimi bir çox sistemin pozulmasına səbəb olur. Belə havalarda çölə çıxarkən qoruyucu tədbirlərin görülməsi vacibdir. Son günlər istivurma nəticəsində yaranan xəstəliklər səbəbindən xəstəxanaların təcili yardım şöbələrinə müraciətlər artıb. İstivurma qalıcı xəstəliklərin əlamətlərini artıra bilər. Həddindən artıq isti və rütubətli mühitə məruz qaldıqda bədəndə balans pozulur. Bədəndə hərarət artdıqda zərər verir. Bu da ağırlaşmaya səbəb olur. Risk qrupunda olan insanlar nazik, pambıq paltar və papaq geyinməlidir. Uşaqlar, yaşlılar, xroniki və dəri xəstəlikləri olanlar risk qrupundadırlar. Müəyyən risk faktoru olan insanlar isti havada çölə çıxmamalıdırlar. Əgər çölə çıxmaq məcburiyyətində olsalar, qoruyucu tədbirlər görməlidirlər. Maye qəbulunda çox diqqətli olmaq lazımdır”.

S.Bozqurd bildirib ki, Günəşin təsirinin ən yüksək olunduğu saatlarda dənizdə çimmək olmaz: “Dəniz suyu duzlu olduğu üçün maye itkisini artırır. Ona görə də Günəşin olmadığı saatları seçmək münasibdir. Orqanizmi isti havaya uyğunlaşdırmaq lazımdır. Çöldə olduğumuz anlarda qəflətən bədənin tarazlıq mexanizmi qarışa bilər, burada vacib məqam ondan ibarətdir ki, uyğunlaşmaya alışmaq lazımdır. İstivurmadan əziyyət çəkən insanın bədəni soyudulmalıdır. İnsanda hərarət səbəbindən bəzi əlamətlər yaranarsa, əsas məsələ bədəni sərinlətməkdir. Qalın və hava keçirməyən paltarları çıxarmaq lazımdır. Xəstə kölgəyə aparılmalı, sərt və düz səthə uzadılmalıdır. Maye-duz balansını qoruyacaq içkilər verilməlidir. Hər hansı bir infeksiya yoxdursa, hərarəti salan dərmanlar vermək olmaz. Bundan başqa, yayda idman edənlər günün sərin vaxtlarına üstünlük verməlidirlər”.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
5
ilk.az

10Mənbələr