AZ

Pakistanlı iş adamları Qarabağın bərpası prosesində iştirak etməyə hazırdır - Xalid Taimur Əkrəm

İslamabad. Trend:

Çox sayda pakistanlı iş adamı Qarabağın yenidən qurulmasıprosesində iştirak etməyə hazırdır.

Bunu Trend-ə Pakistan İcmasının Ortaq Gələcək AraşdırmaMərkəzinin icraçı direktoru Xalid Taimur Əkrəm deyib.

O, Azərbaycan ilə Pakistan arasında əvvəllər imzalanmış 15sənədin mübadiləsindən danışaraq, xüsusilə qeyd edib ki, güzəştlivə tranzit ticarəti ilə bağlı sənədlər bu sahədə əməkdaşlığıngenişləndirilməsinə kömək edəcək strateji sazişlərdir.

“Pakistan və Azərbaycan təkcə çox böyük ticarət tərəfdaşlarınaçevrilməyəcək. Bundan əlavə, Pakistan Azərbaycanla enerji, ticarətvə sənaye sahələrində əlaqələri inkişaf etdirməyə ümid edir”, -deyə Əkrəm bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada səfərindəndanışaraq, vurğulayıb ki, Pakistan bu səfərdən çox məmnundur.

"Azərbaycan xalqı üçün Pakistan ikinci vətəndir. Pakistan xalqıüçün isə Azərbaycan bizim evimizdir. Dünən bütün dünya gördü ki,Azərbaycan Prezidenti və baş nazirimiz heç bir diplomatik sözişlətməyib, qardaş kimi öz aralarında danışıblar. Beləliklə, bu,dünyaya qardaşlıq münasibətlərimiz haqqında çox aydın mesajverdi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
4
az.trend.az

5Mənbələr