AZ

Xarici siyasətPakistanlı vəkil: Azərbaycan ərazilərinin minalardan təmizlənməsinə töhfə verə bilərik

Qarşılıqlı səfərlər ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açacaq.

Bunu "Report"un Pakistana ezam olunmuş əməkdaşına açıqlamasında Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid deyib.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşlıqda nəzərəçarpacaq artım var:

"Biz qardaş ölkəyik və münasibətlərimiz son illərdə sürətlə inkişaf edir. İki ölkə arasında ticarət və investisiya sahəsində əməkdaşlığı analiz edəndə görürük ki, nəzərəçarpacaq bir artım var. Azərbaycanın müstəqilliyindən bəri iki ölkə arasında 30-dan çox sənəd imzalanıb. Mən inanıram ki, qarşılıqlı səfərlər ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açacaq".

Onun sözlərinə görə, dövlətlər arasındakı münasibətlər biznes münasibətlərindən daha vacibdir: "İnsanlar arasında münasibətlər, xüsusilə də Bakı-İslamabad arasında birbaşa uçuşlardan sonra daha da inkişaf edib, ümid edirəm bu əməkdaşlıq daha da artacaq. Ümid edirəm ki, biz tezliklə ticarət dövriyyəsini artıracağıq".

30 illik Ermənistan işğalı dövründə minalarla çirkləndirilmiş Azərbaycan ərazilərindəki bugünkü bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olan Pakistan şirkətlərinin verə biləcəyi töhfələrdən də söz açan ekspert qeyd edib ki, Pakistan şirkətlərinin müraciətinin qəbul olunmasına ümidlidir və bu prosesi dəstəkləyir:

"Mən Qərbi azərbaycanlıların hüquqlarının pozulması kimi bir sıra konfranslarda iştirak etmişəm. Bilirəm ki, bu məsələlər çox önəmlidir. Ərazilərin işğaldan azad edilməsi böyük hadisə və fürsətdir. Həmin ərazilərin dağıdıldığını, minalarla çirkləndirildiyini biz yaxşı bilirik, məlumatlıyıq. Azərbaycanın həmin ərazilərlə bağlı irəli sürdüyü təkliflər isə həqiqətən də, təqdirəlayiqdir. Hətta çox kiçik investorlara belə yaxşı fürsətlər yaratdığınızı bilirəm. Ölkə xarici investorlar üçün də yaxşı imkanlar yaradır".

Azərbaycan və Pakistanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsi məsələsinə gəldikdə isə o söyləyib ki, coğrafi mövqe ilə əlaqədar olaraq ölkələrimizin yerləşdiyi ərazilərdə regional qeyri-stabillik mövcuddur:

"Mən məlumatlıyam ki, Azərbaycan və Avropa İttifaqı ölkələri arasında çoxlu sayda razılaşmalar mövcuddur. Bu isə münasibətlərə böyük imkanlar gətirir. Azərbaycan qardaş ölkədir və biz buna söykənərək yeni əlaqələr qura bilərik".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
26
far.az

10Mənbələr