AZ

“Araz-Naxçıvan” Super Liqa klubu ilə qarşılaşacaq

Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. İyulun 10-da Türkiyəyə yola düşən “Araz-Naxçıvan” dünəndən məşqlərini Ərzurumda reallaşdırır. Matc.az xəbər verir ki, komanda üzvləri əvvəlcə fitnes məşqlər edib, günün ikinci yarısında isə hazırlıq prosesi yaşıl meydanda reallaşdırılıb. Yeni transferlərdən Benni də artıq komandanın düşərgəsindədi. Baş məşqçi Elmar Baxşıyev hazırkı heyətlə ilk sınağını iyulun 16-da verəcək. Həmin gün keçiriləcək yoxlama oyununda “qırmızı-ağlar”ın rəqibi Türkiyə Super Liqası təmsilçilərindən “Alanyaspor” olacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Toplanış çərçivəsində daha 2 oyun keçiriləcək. Matçların tarixi və sparrinq-rəqiblər hələ bəlli deyil.

Seçilən
153
10
matc.az

8Mənbələr