AZ

“Tələbə yataqxanalarının tikintisi zəruridir”

“Azərbaycanda tələbələrin təhsil səviyyəsi ilə yanaşı, onların yerləşdirilməsi məsələsi də diqqətdə saxlanılmalıdır. Bu məqsədlə tələbə yataqxanalarının tikintisi zəruridir”.

“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Təhsilin İnkişafı Fondunun hesabat tədbirində Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

O bildirib ki, bununla bağlı həm özəl, həm də dövlət qurumları ilə əməkdaşlıq edilir: “Düşünürük ki, özəl sektor bağçaların açılmasına, məktəblərin tikilməsinə maraq göstərir. Odur ki, özəl sektoru cəlb edərək yataqxanalarda şəraitin yaxşılaşdırılması hədəflər arasındadır”.

E. Nəsibov, həmçinin qeyd edib ki, 2024-cü ildən Gəncədə Azərbaycan Texnologiyalar Universiteti və Bakıda Texniki Universitetdə tələbə yataqxanasının təmiri və ya tikintisi həyata keçiriləcək.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
1
qafqazinfo.az

2Mənbələr