AZ

 Avstriyanın  2015 -ci ildə rəsmiləşdirdiyi saxtakarlıq: Arnold Kammelin ziyarəti 

Xəbər verdiyimiz kimi, Avstriya Federal müdafiə nazirinin Baş katibi Arnold Kammel Ermənistanda səfərdədir. Kammelin Ermənistana işgüzar səfəri çərçivəsində Müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri ilə görüş keçirilib.

Ermənistanın müdafiə naziri Suren Papikyan Kammelə Ermənistanda müdafiə sahəsində islahatların gedişi, eləcə də bu istiqamətdə beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Daha sonra Arnold Kammel saxta erməni memorial kompleksində qondarma erməni soyqırımının olmayan “qurbanları“nın xatirəsini yad edib.


Qeyd edək ki, 2015-ci ildə Avstriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb və pisləyib.Bu barədə Der Spiegel məlumat yaymışdı. Deputatlar həmçinin Türkiyəyə çağırış etmişdilər:”Ankara qaranlıq tarixə aydınlıq və işıq salmalı, Osmanlı İmperiyasında ermənilərə qarşı cinayətləri soyqırım kimi tanımalıdır”, - Avstirya parlamentinin bəyanatında deyilirdi.

Sənədi bütün altı fraksiyanın nümayəndələri imzalamışdı. Deputatlar etiraf etmişdilər ki, baş verənlərlə bağlı tarixi məsuliyyətin müəyyən hissəsi Avstriyanın da üzərinə düşür. Belə ki, Avstriya-Macarıstan Birinci dünya müharibəsində Osmanlı İmperiyasının müttəfiqi olub.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
adalet.az

1Mənbələr