AZ

Azərbaycan Pakistanla hərbi texniki əməkdaşlıqda maraqlıdır


Pakistana səfər edən prezident İlham Əliyevi müşaiyət edən Qırıcılardan Azərbaycana veriləcək..

Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında siyasi, müdafiə, təhlükəsizlik və hərbi- texniki əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. İki ölkə arasında münasibətlərin yeni siyasi nizama uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulib.

Azərbaycan Pakistanla hərbi -hərbi texniki əməkdaşlıq müstəvisində əməkdaşlıqda maraqlıdır. Xüsusilə Pakistan aviasiya və artilleriya sahəsində inkişaf etmiş hərbi sənaye malikdir. Qeyd edim ki, Pakistan hərbi aviasiyasına daxil olan yeni nəsil Qırıcılar Çinlə birgə şəkildə istehsal edilir. Bu qırıcı təyyarələr öz döyüş funksiyası və manevr imkanlarına görə Azərbaycan üçün əlverişlidir.

Azərbaycanın aviasiya parkında olan qırıcılar əsasən, Rusiya istehsalıdır və ikinci Qarabağ müharibəsində öz tarixi vəzifələrindən uğurlu şəkildə yerinə yetirdilər. Hazırda Azərbaycan Pakistandan yeni qırıcılar almağı planlaşdırır. Bu xüsusda ikitərəfli müqavilələrin imzalanması mümkündür. Azərbaycana Qərb ölkələri Qırıcı təyyarələr nə yaxın, nə də uzaq perspektivdə satmayacaq.

Azərbaycanın hərbi sənaye parkında bir müddətdən sonra, Pakistan və Çin istehsalı olan yeni nəsil qırıcı təyyarələri görə bilərik. Pakistanla Qırıcı təyyarələrin, artilleriya və raket silahlarının alınması istiqamətində razılaşmalar əldə edilib.

Azərbaycan prezidentinin Pakistanla hərbi sahədə əməkdaşlığı, Hindistandan Ermənistan arasında hərbi əməkdaşlığa cavab kimi qiymətləndirmək olar.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
36
newscenter.az

10Mənbələr