AZ

Özbəkistanda elektrik enerjisinin yeni uçot sistemi tətbiq olunacaq

Özbəkistanda

Bakı, 13 iyul, AZƏRTAC

Avqustun 1-dən Özbəkistanda elektrik enerjisinin ölçülməsi üçün yeni uçot sisteminin tətbiqi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan mediası “Regional Elektrik Şəbəkələri” rəhbərinin birinci müavini Alvar Qaybullayevin açıqlamasına istinadla məlumat yayıb.

Alvar Qaybullayevin sözlərinə görə, 1 avqust 2024-cü il tarixindən etibarən əhaliyə verilən elektrik enerjisinin uçotu üçün ölkə daxilində yeni hesablaşma sistemi tətbiq ediləcək. Burada abunəçinin adı və soyadı, pasport məlumatları və hesab nömrəsi ilə yanaşı, kadastr məlumatları və istehlakçının adına yazılmış sayğacların sayı da yer alacaq. Hazırda bu sistem Daşkəndin rayonlarından birində sınaq rejimində fəaliyyət göstərir.

Özbəkistanın sayğaclarla təminolunma səviyyəsi 90 faizə yaxındır, lakin avqustun 1-dək ölkədəki 8,5 milyon abunəçinin hamısının sayğacla təmin edilməsi planlaşdırılır.

Yeni sistem, həmçinin istehlakçıların şikayət və təkliflərini qeyd etməyə imkan verəcək. Bundan əlavə, ödənişlər və elektrik istehlakı haqqında məlumatların mövcud olacağı mobil proqramın hazırlanması da planlaşdırılır.

Xatırladaq ki, hazırda istehlakçılara verilən elektrik enerjisinin hesablanması 2012-ci ildə tətbiq olunan hesablaşma sistemi əsasında həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
azertag.az

2Mənbələr