AZ

Ukrayna Prezidenti İrlandiya və Böyük Britaniyaya gedəcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin növbəti həftə İrlandiyaya baş tutacaq səfərində Rusiya-Ukrayna müharibəsi, eləcə də bu ölkənin Ukraynaya yardımı müzakirə olunacaq.

APA-nın “The Guardian”a istinadən xəbərinə görə, onun baş nazir Saymon Harrislə görüşü planlaşdırılır.

O da bildirilir ki, İrlandiya hökumətinin başçısı qeyri-qanuni olaraq Rusiyaya aparılan ukraynalı uşaqların geri qaytarılmasında köməklik göstərilməsini təklif edəcək.

V. Zelenskinin bunun ardınca Londona yola düşəcəyi, burada isə Avrozona ölkələrinin liderləri qarşısında çıxışı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
apa.az

4Mənbələr