AZ

İranın İrəvandakı səfirindən SENSASİYA: Zəngəzur dəhlizinin əleyhinə deyilik

İranın Ermənistandakı səfiri Mehdi Sobhani “Azatutyun” Radiosuna müsahibə verib. Tribunainfo.az xəbər verir ki, səfir bir çox məsələlərə toxunub.
O deyib ki, İran açıq şəkildə geosiyasi dəyişikliklərin əleyhinədir. “Hər kəs beynəlxalq qanunlara hörmət etməlidir. Sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir”.
Sübhani daha sonra vurğulayıb ki, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı iddialar fərziyyədir. “Azərbaycan Ermənistana təcavüz etməyəcək. Bu fərziyyədir”.
“Azərbaycan Ermənistana hücum edərsə, İran hansı addımları atacaq” sualına cavab olaraq səfir bildirib ki, Tehran ilk növbədə regionda müharibənin qarşısını almaq üçün hər şeyi edəcək. “İstəyirik ki, hamı bir-birinin ərazi bütövlüyünə hörmət etsin. Azərbaycandan heç bir torpaq Ermənistanın nəzarətində deyil ki, onlar Ermənistana hücum etmək istəsinlər. Azərbaycan hökuməti də bunu nəzərə alacaq, müharibə üçün heç bir bəhanə yoxdur”.
O qeyd edib ki, Ermənistan ərazisinin bir hissəsinin Azərbaycanın nəzarətində olması yalnız danışıqlar və sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində həll edilməlidir. “Necə ki, Tavuşda sərhəd dəqiqləşdirilməsi nəticəsində Azərbaycana qaytarıldı”.
Sübhani Zəngəzur Dəhlizi məsələsinə də toxunub. “Azərbaycanın irəli sürdüyü tələblərlə bağlı qərarı verən Ermənistandır. Lakin bu məsələdə mövqeyimiz belədir: biz nəqliyyat-kommunikasiyaların açılmasının əleyhinə yox, tərəfdarıyıq. Siz Azərbaycanla, Türkiyə ilə qonşusunuz, hər zaman düşmənçilik edə bilməzsiniz və bir gün onlarla bu məsələləri həll edəcəksiniz. Və təbiidir ki, münasibətlər nizamlananda sərhədlər də açılacaq”.
O bildirib ki, İran Ermənistanın suverenliyi altında nəqliyyat kommunikasiya xətlərinin aşılmasının tərəfdarıdır. “Əgər Zəngəzur Dəhlizi açıqlarsa, biz İrəvana əvvəlki kimi 6 saata yox, Culfadan dəmiryolu, Şahtaxtıdan isə avtomobillə 5 saata çatacağıq. Biz bundan istifadə edəcəyik”.
Səfir sonda onu vurğulayıb ki, İranın qırmızı xətti Ermənistanla sərhədlərinin bağlanmamasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
tribunainfo.az

2Mənbələr