İyulun 14-də ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Məlumatı DİN mətbuat xidməti verib.
Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
P.ƏMİRCANOV
XQ