AZ

“Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev “Tütün və tütün məmulatı haqqında”qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, tütün məmulatının idxalınıvə istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyataalınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin Reyestri aparılacaq və Reyestrinəsasnaməsi müəyyən ediləcək.

Tütün məmulatının idxalını və istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin qeydiyyata alınması, qeydiyyatınınyenidən rəsmiləşdirilməsi və Reyestrin aparılması

Sahibkarlıq subyektlərinin tütün məmulatının idxalını vəistehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatınınyenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar vəicazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqhəyata keçirilir.

Azərbaycan Respublikasında tütün məmulatının idxalını vəistehsalını həyata keçirən sahibkarlıq subyektləri müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həminsubyektlərin müraciəti əsasında qeydiyyata alınır.

Qeydiyyata alınmış sahibkarlıq subyektləri Reyestrə daxil edilirvə həmin subyektlərə Reyestrdən elektron və ya kağız daşıyıcıdaçıxarış verilir. Reyestrdən çıxarışın verilməsinə görə “Dövlətrüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənedilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir.

Tütün məmulatının idxalını və istehsalını həyata keçirənsahibkarlıq subyektlərinin qeydiyyata alınması, Reyestrinaparılması qaydası və Reyestrin əsasnaməsi müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənedilir.

Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkiletməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) rəsmi internet səhifəsindəyerləşdirilməklə müntəzəm olaraq yenilənir və bu məlumatlaristifadəçilər üçün açıqdır.

Qeydiyyata alınmadan tütün məmulatının idxalı və istehsalıfəaliyyətinin həyata keçirilməsinə, o cümlədən bu fəaliyyət üzrə buQanunun 10.2-ci və 10.3-cü maddələrində nəzərdə tutulan qeydiyyatşərtlərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyatakeçirilir.

Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıqsubyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləriaşağıdakılardır:

avadanlıqların alınmasına 34 (otuz dörd) milyon manatdan azolmayan məbləğdə investisiyanın qoyulması;

Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərüzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsindəAzərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq risklivergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyatakeçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnutəsdiq edən sənədin olması;

tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçməvasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standartnümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədəsertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaqavadanlıqlarının “Texniki tənzimləmə haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq uyğunluğunqiymətləndirilməsinə dair sənədlərin olması;

keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiqsahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə(istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaqlaboratoriyası olmadığı təqdirdə) müqavilənin olması.

Bu Qanuna uyğun olaraq tütün məmulatının istehsalını həyatakeçirən qeydiyyata alınmış sahibkarlıq subyektləri tütünməmulatının istehsalında yerli tütün xammalından (orta damarcığıqismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dairmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)müəyyən etdiyi tələblərə riayət etməlidirlər.

Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıqsubyektlərinin qeydiyyata alınması üçün qeydiyyat şərtləriaşağıdakılardır:

Azərbaycan Respublikasının ərazisində azı 1 (bir) il olmaqlatütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi;

Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlərüzrə vaxtı keçmiş öhdəliklərin olmaması, habelə barəsindəAzərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq risklivergi ödəyicisi olmasına dair qüvvədə olan qərarın olmaması;

vergi orqanlarında uçota alınmış təsərrüfat fəaliyyətinin həyatakeçirildiyi obyektə dair mülkiyyət, istifadə və ya icarə hüququnutəsdiq edən sənədin olması (sahibkarlıq subyektinin fəaliyyətitəsərrüfat subyekti (obyekti) ilə bağlıdırsa).

Bu Qanunda müəyyən edilən qeydiyyat şərtləri (AzərbaycanRespublikasında vergilərə və digər icbari ödənişlər üzrə vaxtıkeçmiş öhdəliklərinin olmaması şərti istisna olmaqla) pozulduqda,habelə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan RespublikasıQanununun 26.1-ci maddəsində göstərilən hallarda tütün məmulatınınidxalı fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərininqeydiyyatı ləğv edilir.

Bu Qanun “Tütün və tütün məmulatı haqqında” AzərbaycanRespublikası Qanununun 4-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydailə eyni gündə qüvvəyə minir.

Bu Qanun qüvvəyə minənədək tütün məmulatının idxalı və istehsalıilə məşğul olan şəxslər həmin fəaliyyətlə məşğul olmaq üçün buQanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay müddətində qeydiyyatüçün müraciət etməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
32
az.trend.az

10Mənbələr