AZ

Ukraynada səfərbərlik ordunun planına uyğun olaraq davam edir

Ukraynada səfərbərlik ordunun planına uyğun olaraq davam edir. Amma ölkə daxilində səfərbər olanlar üçün kifayət qədər təlim sahələri yoxdur.Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.Zelenskidən səfərbərlik və kadr hazırlığı haqqında yeni qanunun qüvvəyə minməsindən iki ay sonra kampaniyanın gedişatını qiymətləndirməsi xahiş olunub.“Hərbçilər deyirlər ki, hər şey planlarına uyğun gedir. Bu bazanın xaricdə genişləndirilməsinin mümkün olub-olmamasına gəlincə, bəli mümkündür”, - Zelenski qeyd edib.Ukrayna lideri, həmçinin, əlavə edib ki, təlim bazalarının genişləndirilməsi Polşa ilə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ikitərəfli sazişin bəndlərindən biridir."Reuters" nəşrində yazılıb ki , may və iyun aylarında səfərbərlik səviyyəsi əvvəlki iki ayla müqayisədə iki dəfədən çox artıb.

Zərintac MayisqızıMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
missiya.az

1Mənbələr