AZ

Gürcüstan Prezidenti qalmaqallı qanuna qarşı iddia qaldırdı


Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək, xarici agentlər haqqında qanuna qarşı iddia qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısının parlament katibi Giorgi Msxiladze brifinqdə bildirib.
“Gürcüstan Prezidenti ilk dəfə olaraq Gürcüstanın Konstitusiya Məhkəməsində iddia qaldırır. Bu iddia xarici təsirin şəffaflığı haqqında qanuna aiddir. Sözügedən qanun konstitusiyaya uyğun gəlmir”, - parlament katibi qeyd edib.
Msxiladze əlavə edib ki, prezident qanunda bəzi norma və maddələrə etiraz edir. Onun sözlərinə görə, qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə də hakimiyyətin bütün qolları öz səlahiyyətləri daxilində respublikanın Avropa İttifaqına və NATO-ya inteqrasiyası üçün mümkün olan hər şeyi etməlidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
yeniavaz.com

1Mənbələr