AZ

Ömürboyu bizi müşayiət edən güllər haqqında QEYRİ-ADİ FAKTLAR

Güllər canlı təbiətdə insan həyatının istənilən anında onu müşayət edən incə gözəlliklərdir. Belə ki, insan dünyaya gələndə onu ziyarətə gələnlər arasında mütləq gül dəstəsi gətirənlər olur, hər il özəl günlərdə ilk ağla gələn hədiyyə gül olur, ad günlərində, toy mərasimlərində və nəhayət, dünya ilə vidalaşanda da bizi gül dəstələri ilə yola salırlar. Bəs bu gözəl, müxtəlif rəngli və mənalı güllərin necə qayğı ilə yetişdirildiyi haqqında məlumatınız varmı?

Milli.Az publika.az-a istinadən şəninə nəğmələr qoşulan, şərəfinə şeirlər həsr edilən güllər və onların rəngləri haqqında maraqlı faktları təqdim edir:

Praktik olaraq hər gülün bir mənası olur. Məsələn, Yaddaş çiçəyi "unutmaməni". Bu gül müxtəlif dillərdə müxtəlif formada yazıla və oxuna bilir. Təbii ki, mühitinə görə hər ölkədə fərqli yetişir. Lakin mənası dəyişməz olaraq qalır. Bu güllər insanların hissiyyatını duyaraq onlara reaksiya verə bilirlər. Əgər əlinizdə tutduğunuz Yaddaş çiçəyi sizin mənfi enerjinizi duyarsa, dərhal ləçəklərini qapadaraq küsür. Bu, gülün xüsusi özəlliyidir.

Alimlərin araşdırmaları zamanı məlum olub ki, təbiətdə mövcud olan bir sıra güllər, ağaclar, çiçəklər qeyri-adi şəkildə insanların reaksiyalarını özündə əks etdirə bilirlər. Belə ki, xüsusi cihazlar vasitəsilə yaponiyalı alimlər güllərin yarpaqlarını qulaq formasında oval şəklinə salaraq insanlara "dinləyirəm" mesajını verdiklərini iddia edirlər. Və ya hər hansı bir mənfi və ya müsbət söhbət əsnasında güllərin müvafiq olaraq ləçəklərini dağıdıb və ya şaxələndirərək reaksiya verdiklərinin şahidi olublar.

Güllər ilk dəfə olaraq 4 min il əvvəl Misir imperiyasında yetişdirilməyə başlayıb.

Bir vaxtlar Hollandiyada zanbaqlar mövcud deyildi. İlk dəfə hollandların zanbaqla tanışlığı 16-cı əsrə təsadüf edir. Qeyd etmək lazımdır ki, bu gülün dəyəri qiymətli daşlardan, gümüş və qızıldan da baha olub. Hətta Konfusiyin dövründə zanbaq gülü çox sevilirdi, çünki bu çiçək həyat, sevgi və ölümsüzlük rəmzini daşıyır.

Yer üzündə ən nadir və qeyri-adi gül Arnold Raffleziya növüdür. Bu gülün vətəni İndoneziyanın Sumatra adasıdır. Dağlarda yetişən bu gül 150 il yaşayır. Maraqlısı budur ki, 150 ildə yalnız bir dəfə çiçək açır və bir neçə saat sonra məhv olur. Gülün ağırlığı 10 kiloqramdan çoxdur. Diametri isə təxminən 90 santimetr təşkil edir. Xüsusi şəfalı xüsusiyyəti yoxdur.

Dünyanın ən kiçik gülü hesab edilən Volfiyanın ölçüsü 0,5-0,8 mm arasında dəyişir. Əsasən su üzərində yaşadığı üçün "su gülü" adlandırılır. Gülün adı alman entomoloqu Yohan Volfun adından götürülüb. Qırtıckimilər fəsiləsinə aid bu gülün (bitkinin) Azərbaycan florasına 5 növü məlumdur. Bu güllərin öz dili mövcuddur. İnsanlar bəzən hisslərini ifadə etmək üçün doğru gül və rəng seçə bilmirlər. Lakin tarix boyu güllərin yetişdiyi mühit, rənglər hətta qoxuları belə onların hansı mühitə uyğun olduqlarından xəbər verir. Bunu hiss etmək üçün azacıq məlumatlı olmaq kifayətdir.

Eyni zamanda İndoneziyada insan boyundan daha hündür gül yetişir. Onun minimum hündürlüyü 3 metrə yaxındır.

Qərənfil isə qədim əfsanəyə əsasən Qolqofa dağında, Məryəm ananın öz Oğlunun əziyyətlərini gördüyü anda tökdüyü həmin o göz yaşlarının yerində bitib.

Dünyanın ən yaşlı qızılgül kolu Almaniyadadır. Bu kol 1000 il ərzində Xildeskayme kilsəsinin divarı boyu yetişərək, kilsənin dam örtüyünə çatıb. ABŞ-da hələ 1986-cı ildə qızılgül milli gül adını alıb.

Lalə isə - sakitlik, yuxu, bihuşluğun rəmzidir. Dünyanın bir çox ölkəsində bu gül Birinci Dünya Müharibəsində həyatını itirmiş insanların xatirə simvoludur.

Dünyanın ən bahalı və dəyərli güllərindən biri də Qızıl Səhləbidir. Bu gülün satış qiyməti 5 min dollar təşkil edir. Baha olması bu gülün göy qurşağının istənilən rəngində olması ilə əlaqəlidir. Ömründə bir dəfə yalnız 15 yaşı tamam olanda çiçək açır.

Nərgiz gülü isə o qədər qiymətli olub ki, Şahzadə Çarlzın bu güllərin dəstəsini  Sisisliyadakı torpaqlarına icarə pulu kimi ödəyirdi.

Ötən dövrlərdə gül müharibəsi belə olub. Güllər Niderlandda o qədər baha qiymətə satılırdı ki, onları yalnız zadəganlar ala bilirdi. Zaman-zaman gül biznesi ölkəni iqtisadi cəhətdən təmin etdi. Və hətta artıq Niderlandda cürbəcür güllərə rast gəlmək olar.

Zəfəran Azərbaycan mətbəxinin daimi qonağıdır, lakin çoxları bilmir ki, bu çiçəyin bir unsiyasını (28, 24 q.) toplamaq üçün beş min çiçək lazımdır.

1720-ci ildə Karl Linney "çiçək saatını" hazırlayıb. Saatın mexanizmi istiqamətində yerləşdirilən çiçəklərin ləçəkləri günün müxtəlif saatlarında yığılıb-açılırdı.

Çiçəklərə vurğun olan Anatoli Konenko sevdiyi qızılgül rənglərinin ləçəklərini qurudaraq kiçik miniatür kitabça hazırlamışdı. Kitabçaya isə yaradıcılığını yaxından izlədiyi Puşkinin şeirlərini yazmışdır.

Açıq çəhrayı rəngdə olan mimoza gülünü isə gümüşü akasiya adlandırırlar. Parlaq rəngli olmasına baxmayaraq, digər güllərdən az istifadə edilir.

Bəzi ölkələrdə çiçəklər o qədər qiymətlidir ki, onlar ölkənin milli ornamentlərində də istifadə olunurlar. Məsələn, İran gerbində qırmızı qızılgül, İrlandiyada yonca, İsveçrədə edelveys və s.

ABŞ-ın bir sıra ştatları güllər vasitəsilə tanınır. Məsələn, Alyaska ştatı "Yaddaş Çiçəyi", İndiana ştatı təmtəraqlı pion çiçəyi ilə, Ohayo ştatı isə al-qırmızı qərənfillə tanınır və bu güllərə xüsusi rəğbət bəslənir.

Milli.Az

Seçilən
724
1
milli.az

10Mənbələr