AZ

Miri Yusifin konsertində evlilik təklifi sürprizi – Video

Xalq artisti Miri Yusifin konsertinin üçüncü günü baş tutub.
Konsert zamanı müğənni ard-arda sevilən mahnılarını səsləndirib. Konsertin üçüncü günü sürprizlərsiz ötüşməyib. Xalq artisti “Pəncərə” mahnısını ifa edərkən Xalq artisti Faiq Ağayev səhnəyə çıxıb. Onlar “Pəncərə” mahnısını birlikdə ifa ediblər.

Konsert zamanı digər diqqətçəkən məqam gənc cütlüyün evlilik təklifi olub. Cavanşir adlı bəy sevdiyi xanıma səhnədə evlilik təklifi edib. Miri Yusif isə onların toyunda oxuyacağına söz verərək “Qiymətlim” mahnısını cütlüyə hədiyyə edib.

Qeyd edək ki, Yaşıl Teatrda reallaşan gecədə sənət adamları, Xalq artistin ailə üzvləri, qazilər və “YAŞAT” Fondunun dəstəyi ilə şəhid ailəsi üzvləri qonaq qismində iştirak ediblər. Müğənni “Yaşat” Fonduna dəstəyi üçün təşəkkür etməyi unutmayıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
1
minval.info

2Mənbələr