AZ

Qazaxıstan qaz hasilatını artırmağı planlaşdırır

Qazaxıstan 2024-cü ildə qaz hasilatını 2,3% artıraraq 60,5 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.

APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev hökumətin iclasında məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında ölkədə qaz hasilatı 30 mlrd. kubmetr təşkil edib, bu da 2024-cü il üçün planın 50%-ni təşkil edir.

Nazir qeyd edib ki, qaz hasilatının artırılması əsas Qaraçaqanak, Tengiz və Kaşaqan yataqları hesabına nəzərdə tutulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
1
apa.az

2Mənbələr