Konqoda ordu düşərgəsinə hücum nəticəsində azı 50 nəfər ölüb
İyulun 13-14-də Konqo Demokratik Respublikasının (KDR) qərbində “Mobondo” qruplaşmasının ordu düşərgəsinə hücumu zamanı 50-dən çox adam həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Konqonun “Actualite” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, Yak xalqından olan yaraqlılar May-Ndombe əyalətinin Kvamut kəndi ərazisindəki hərbi mövqelərə hücum edib.
“Reuters”in məlumatına görə, hücum nəticəsində 9 hərbçi və 35 yaraqlı ölüb.
Ordu düşərgəsinə hücum, KDR-in bu hissəsində Yak və Teke xalqları arasında artan icmalararası münaqişənin bir hissəsi olaraq baş verib. İki il əvvəl aralarındakı fikir ayrılıqları bir sıra toqquşmalara gətirib çıxardı ki, bu da qətlləri və kəndlərindən kütləvi köçləri əhatə edib. Toqquşmalarda hər iki tərəfdən yüzlərlə insan həlak olub. Keçən aprel ayında Yaka və Teke arasında atəşkəs razılaşması imzalanıb.