AZ

Duty Free-dən 7,5 milyon dollarlıq saat alan azərbaycanlı kimdir?

Azərbaycandan olduğu güman edilən turist Türkiyənin Duty Free hava limanında 7,5 milyon dollar dəyərində alış-veriş edib.

 

Oxu24.com xəbər verir  ki, bu  barədə mağazalar tərəfindən edilən alışlar və digər əməliyyatlar haqqında məlumatları saxlayan Global Blue şirkətinin baş direktoru Səlim Şeyxun bildirib.

 

“Bu ilin ilk dörd ayında edilən alışlarla bağlı ən heyrətamiz şey bir nəfərin 7,5 milyon dollarlıq alış-veriş etməsi oldu. O, həmin məbləğə saatlar və zinət əşyaları alıb”, – deyə şirkət rəhbəri bildirib.

Şirkət həmin şəxsin adını açıqlamayıb.

 

Miri

 

 

Seçilən
116
50
oxu24.com

10Mənbələr