Xəbər verdiyimiz kimi, Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlər açıqlanıb.
Teleqraf.com xəbər verir ki, hakim partiya Naxçıvan Muxtar Respublikasında yerləşən seçki dairələrindən irəli sürülən namizədlərdə bir sıra dəyişikliklər edib.
YAP-ın 1 saylı Şərur – Sədərək seçki dairəsindən namizədi Əsgərov Ziyafət, 2 saylı Şərur-Kəngərlidən Siyavuş Novruzov, 3 saylı Babək - Şahbuz - Kəngərlidən Asiman Babayev, 4 saylı Naxçıvan şəhərdən Eldar İbrahimov, 5 saylı Babək - Naxçıvan - Culfadan Ülviyyə Həmzəyeva, 6 saylı Ordubad - Culfadan isə Vüqar Rəhimzadə olacaq.
Qeyd edək ki, bundan əvvəlki seçkilərdə hakim partiyanın 1 saylı seçki dairəsindən namizədi Vasif Talıbov, 2 saylı dairədən namizədi isə İsa Həbibbəyli idi. 7 saylı Ordubad-Culfa seçki dairəsini təmsil edən deputat Cəbi Quliyev də YAP-ın siyahısında yer almayıb.