1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Omsk şəhəri güclü yağışlar nəticəsində Venesiyaya çevrilib.
Bu barədə Oxu.Az MK.ru-ya istinadən bildirir.
Yağış səbəbindən şəhərin küçələrini su basıb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb. İnsanlar küçələrdə qurşaqlarına qədər çatan suyun içi ilə hərəkət edirlər.
Su ictimai avtobusların və supermarketlərin içinə də dolub.
Yeniyetmələr isə yeraltı keçidin pilləkənlərində akvapark qurublar. Bununla bağlı yayılan kadrlarda uşaqların su dolu pilləkənlərlə aşağı sürüşərək yeni əyləncədən həzz aldıqları əks olunub.