AZ

Mütəxəssis yay fəslində qidalanmadan danışıb

BAYRAQDAR MEDİA – Bu fikirləri “Sağlam radio”da yayımlanan “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssisi, qastroenteroloq Emin Məmmədov açıqlayıb.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.Xəbərdə deyilir ki, “onun sözlərinə görə, yay aylarında adətən həzm problemi, ishal, mədə ağrısı, öd daşının ağrı tutmaları, ürək bulanma və qusma şikayətli pasientlərin müraciətinə tez-tez rast gəlinir: “Bəzi insanlarda bütün bu əlamətlərin hamısı eyni vaxtda görünə bilər. İsti yay günlərində bədən daha çox maye, mineral itkisinə məruz qalır, nəticədə qəbizlik halları artır, insanlar az iştahalı olur. Yay aylarında daha çox səyahət edildiyindən səyahətçi diarreyası dediyimiz ishal halları yaranır. İsti hava xüsusi ilə qida ilə yoluxan xəstəlik törədən mikroblar üçün ideal şəraitdir. Yay aylarında farş ətdən hazırlanan qidalar, süddən hazırlanan kremli məhsullar, hazırlanan yeməkləri soyuducuda belə olsa, saxlayıb təkrar yeməmək tövsiyə edilir. Qida hazırlanarkən bir neçə saat içində tükənməlidir””.Daha sonra xəbərdə, “qastroenteroloq bildirib ki, bu fikir məhz yayın əsas meyvəsi qarpız və yemişə də aiddir: “Onları yaxşı yumaq şərtdir, çünki xəstələnmənin əsas səbəbi torpaqla kontaktdan meyvəyə düşən mikroblar tərəfindən törədilir. Digər məsələ soyuducuda saxlayıb bir neçə gün yeyilməsi məsləhət görülmür”. Mütəxəssis qeyd edib ki, dəniz mövsümündə günvurma və dəniz suyunun udulması ilə bağlı mədə bağırsaq pozuntuları, qusma və ishal şikayətləri ilə müraciət edilməsinə səbəb duzlu suyun həzm sistemini qıcıqlandırması və infeksiya səbəbi ilə olur: “Yay fəslində uzunmüddətli mədə turşuluğunu salan dərmanlar qəbul edən pasientlər qidalanarkən daha diqqətli olmalıdırlar, çünki turşuluq bizi mikrobların daxil olmasından qoruyan baryer olduğundan zəhərlənmə və patogen mikroblara daha tez yoluxa bilərlər”” deyə qeyd olunur.Ekspert sonda dinləyicələrə yay aylarında mövsümündə yetişən tərəvəz və meyvələrə üstünlük verməyi, hər bədən kiloqramına 20-30 ml olmaqla su istifadə etməyi, gün vurmalardan qorunmaq üçün günün pik saatlarında gün altında olmamağı, qidalar hazırlanarkən dərhal yeyilməsini və saxlanma qaydalarına uyğun şəkildə saxlamağı məsləhət görüb.

Seçilən
151
35
bayraqdar.info

10Mənbələr