Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Sumqayıt” və “Sabah”ın II təsnifat mərhələsi çərçivəsində keçirəcəkləri cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
“Sumqayıt”ın iyulun 31-də Macarıstanın “Fehervar” klubu ilə səfər oyunu isveçli, “Sabah”ın avqustun 1-də İsrailin “Makkabi” (Hayfa) komandası ilə ev matçı isə slovakiyalı hakimlərə həvalə edilib:
31 iyul
“Fehervar” – “Sumqayıt”
Sostoi Arena. Saat 21:00
Baş hakim: Kristoffer Karlsson
Baş hakimin köməkçiləri: Mikael Hallin, Markus Lundqren Klitte
Dördüncü hakim: Oskar Yonson
(Hakimlər briqadası İsveçdəndir)
1 avqust
“Sabah” – “Makkabi” (Hayfa)
Əlincə stadionu. Saat 20:00
Baş hakim: Peter Kraloviç
Baş hakimin köməkçiləri: Tomaş Straka, Matej Zemko
Dördüncü hakim: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)