AZ

Yolda qalan at ölüsü faciəyə səbəb oldu - VİDEO

Rusiyanın İrkutsk əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, qəza iyulun 18-də gecə saatlarında Exirit-Bulaqat rayonu ərazisində qeydə alınıb.

Regional Dövlət Yol Müfəttişliyinin məlumatına görə, 31 yaşlı sürücü idarə etdiyi “Honda Accord” markalı minik avtomobili ilə atı vuraraq öldürüb və heyvanın ölüsü yolun hərəkət hissəsində qalıb. Bir neçə dəqiqədən sonra isə 29 yaşlı sürücünün idarə etdiyi “Fiat Linea” markalı minik maşını yolda qalan atın meytinə çırpılaraq yoldan çıxıb. Bundan sonra çevrilərək havada uçan nəqliyyat vasitəsində olan 2 nəfər – sürücü və qadın sərnişin salondan çıxaraq yerə dəyib, avtomobil isə yanıb.

Qəza nəticəsində “Fiat”ın qadın sərnişini ölüb, sürücüsü isə xəsarətlər alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Namiq Musayev

 

Seçilən
197
50
avtosfer.az

10Mənbələr