AZ

Tramp NATO-nu “nankor avropalılar dəstəsi” hesab edir

Keçmiş Amerika lideri Donald Tramp prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatların Şimali Atlantika Alyansından çıxma ehtimalı yüksəkdir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, MSNBC xəbər verir ki, bunu Ağ Evin keçmiş müşaviri Con Bolton deyib: “…Məncə, risk çox yüksəkdir”.

Keçmiş müşavirin sözlərinə görə, Tramp NATO-nu “nankor avropalılar dəstəsi” hesab edir.

Bir müddət əvvəl Amerikanın dövlət katibi Entoni Blinken Trampın yenidən ölkə prezidenti postunu tutacağı təqdirdə Vaşinqtonun Kiyevə kömək etməkdən imtina edə biləcəyi barədə fikir bildirib. O, hər bir administrasiyanın öz siyasətini müstəqil müəyyən etmək imkanının olduğunu vurğuladı, lakin xatırladıb ki, NATO-nun son sammitində 20-dən çox ölkə Ukrayna ilə onillik təhlükəsizlik sazişləri imzaladığını elan edib.

Əli Babayev

Seçilən
125
50
sia.az

10Mənbələr