AZ

Fransa polisi La Roseldə dinc nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Fransada 200-ə yaxın fermer, həmkarlar ittifaqı üzvü və ekofəal suvarma hövzələrinin tikintisinə etiraz məqsədilə ölkənin qərbindəki La Roşel limanında ekspromt aksiya təşkil edərək bir neçə obyektə gedən yolları bağlayıblar.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə yerinə dərhal cəlb olunan polis nümayişçiləri liman ərazisini tərk etməyə çağırıb. Etirazçılar bu tələbə məhəl qoymasalar da, hər hansı təxribata yol vermədən, sadəcə, tələblərini açıqlayıblar.

Bununla belə, Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları La Roşel limanında fermerlərin və həmkarlar ittifaqı üzvlərinin icazəsiz etiraz aksiyasını gözyaşardıcı qazdan istifadə edərək dağıtmağa başlayıb.

Qalxan və dəyənəklərdən istifadə edən jandarm dəstələri etirazçılar tərəfindən zəbt edilən kənd təsərrüfatı anbarlarının qarşısındakı ərazini nəzarətə götürməyə cəhd göstərib. Yayılan görüntülərə əsasən, gözyaşardıcı qaz balonları yol boyu qurumuş yaşıllıq zolağında yanğına səbəb olub.

Fermerlər hazırda hüquq-mühafizə orqanlarının təzyiqi altında anbar ərazisindən çıxışa doğru hərəkət edirlər. La Roşelin mərkəzindən hərəkət edən etirazçıların ikinci qrupu limana yaxınlaşarkən jandarmlar zirehli transportyorlarla onların yolunu kəsib.

Təşkilatçılar etiraz aksiyasının iştirakçılarını yürüşü qayıqlarla davam etdirməyə çağırıb.


BiG.Az
Seçilən
134
50
big.az

10Mənbələr