Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
"Qafqazinfo"nun məlumatına görə, 1979-cu il təvəllüdlü Nahid Qurban oğlu Abdulov hündürlükdən yıxılıb.
Bakıdakı xəstəxanaların birinə yerləşdirilən kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, N.Abdulov tarladan mal-qara üçün topladığı yonca bağlamasını qoşquya yükləyərkən hündürlükdən yıxılıb.
BiG.Az