AZ

Hərbi liseylərə qəbul imtahanı keçirilib

Nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur
21 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.
DİM-dən AYNA-ya verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

Seçilən
149
26
ayna.az

10Mənbələr