Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
“Report” xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.
Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr… pic.twitter.com/09JNHQPVTm
— Nasir Mammadov (@nasir_mammadov) July 22, 2024
“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”, - paylaşımda bildirilib.
Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.
Ərbil şəhərinə səfərimiz çərçivəsində qardaş Türkiyənin bu şəhərdəki Baş Konsulluğunu ziyarət etdik. Qardaşım, baş konsul cənab Erman Topçuya göstərdiyi qonaqpərvərliyə və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm. Bir millət, iki dövlət! 🇦🇿🇹🇷 pic.twitter.com/CfvRFRRUvs
— Nasir Mammadov (@nasir_mammadov) July 22, 2024 Far.Az