AZ

Pamukkale təhlükədə: Termal su axını 30 ildə 3 dəfə azalıb

Yazını böyüt
Yazını kiçilt

“Ağ Cənnət” olaraq da adlandırılan və UNESCO-nun Dünya İrs Siyahısında yer alan Pamukkale Travertenləri hər il minlərlə yerli və xarici turisti qəbul edir. Bölgənin əhəmiyyətli turizm mərkəzi olan Pamukkalenin davamlılığı təhdid altındadır. Dövlət Su İşləri (DSİ) ölçmələrindən əldə edilən məlumatlara görə, son 30 ildə bölgədə termal su axını 2/3 nisbətində azalıb.

Hafta.az-ın yazdığına görə, 1993-cü ildə Pamukkale Geotermal Sistemində termal su ehtiyatlarının ümumi axını saniyədə 450 litr olaraq ölçüldüyü halda, bu gün saniyədə 150 litrə qədər azaldığı müəyyən edilib. Su ehtiyatlarının azalmasının bir neçə səbəbinin olduğunu bildirən ekspertlər regionda geotermal enerji istehsalı müəssisələrinin, kənd təsərrüfatının suvarılmasının və biznesin çoxalmasının əsas amillər olduğunu bildiriblər.

Seçilən
75
hafta.az

1Mənbələr