AZ

PAŞA Kapital növbəti beynəlxalq uğura - İMZA ATIB

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ABŞ-nin nüfuzlu “World Economic Magazine” jurnalı tərəfindən “Best Investment Company Azerbaijan 2024” mükafatına layiq görülmüşdür.

FED.az xəbər verir ki, “World Economic Magazine” — ABŞ-də yaradılmış, maliyyə peşəkarları və sahibkarlar üçün müasir iqtisadiyyatın analizini və maliyyə sahəsində innovativ biznes təcrübəsini paylaşan dərgidir. Jurnalın hər il təşkil etdiyi beynəlxalq mükafatlandırmada isə müxtəlif sektordan fəaliyyət göstərdiyi ölkənin inkişafına töhfə verən və lider mövqeyində irəliləyən şirkətlər müvafiq nominasiyalar üzrə qalib seçilir. 

2024-cü ilin yanvar ayının nəticələrinə əsasən 2 milyard 604 milyon manatdan artıq dövriyyə həcmi və 60% bazar payı ilə ölkənin ən iri investisiya şirkəti olan PAŞA Kapital qazandığı mükafatı bazardakı güclü mövqeyi, yüksək dövriyyəsi, yerli kapital bazarının inkişafına verdiyi töhfələr sayəsində əldə edib. 

Xatırladaq ki, PAŞA Kapital nüfuzlu qurumlar tərəfindən dəfələrlə beynəlxalq mükafatlarla təltif edilib. Belə ki, PAŞA Kapital “Cbonds Awards CIS 2019” tərəfindən “Ölkənin Ən Yaxşı İnvestisiya Şirkəti”, 2021-ci ildə “International Finance” dərgisi tərəfindən “Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”, həmçinin 2023-cü ildə “Best Fixed Income Bonds – Azerbaijan 2023”, şirkətin Baş İcraçı Direktoru Ceyhun Hacıyev isə “Best Emerging CEO - Mr. Jeyhun Hajiyev – Investments – Azerbaijan 2023” kateqoriyasında təltif edilib.

PAŞA Kapital şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/ rəsmi saytına daxil olaraq tanış ola bilərsiniz.

Seçilən
131
3
fed.az

10Mənbələr