Məşhur argentinalı futbolçu Mauro İkardi və Vanda Narayla bağlı xəbərlər hələ də dünya mətbuatının gündəmindən düşmür.
Mynews.az xarici mətbuata istinadən xəbər verir ki, Argentinada nəşr olunan "Minutoar” saytı "Qalatasaray” azarkeşlərinin Vanda Naraya sərt reaksiyası ilə bağlı xəbər dərc edib.
Xəbərdə azarkeşlərin Vanda Naranı günahlandırdığı bəlli olub.
Əksəriyyəti qeyr-etik olan tənqidi şərhlərdən bəzilərini təqdim edirik:
"Get, biz Mauroya şərəfli və layiqli bir həyat yoldaşı tapacağıq. "Hər yay deyirsən ki, getməliyik. Klubda çaşqınlıq yaradırsan, sonra pulumuzu alırsan". "Sən İkardiyə layiq deyilsən". "İndi anla ki, sən anasan və uşaq kimi davranmağı dayandır". "İkardi həmişə səni sevib və sənin yanında olub. O, sənin üçün böyük karyera qoyub. Ümid edirik ki, o, səni unudub və ona layiq birini tapıb".
Qeyd edək ki, bir müddət öncə ulduz futbolçu ilə məşhur model ayrıldıqlarını açıqlayıblar.