AZ

Moldova Rusiyaya qarşı sanksiyaların əksəriyyətini dəstəkləyir

Moldova

Moldova Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının əksəriyyətini dəstəkləyir. Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Moldova baş nazirinin müavini və xarici işlər naziri Mixay Popşoy “Rlive” telekanalında bildirib.

Xarici siyasət idarəsinin rəhbəri deyib ki, Moldova Aİ-nin Rusiyaya tətbiq etdiyi 80 faizlik məhdudiyyətə qoşulub. Popşoy qeyd edib ki, ölkə Avropanın xarici gündəmini qətiyyətlə izləmək niyyətindədir, lakin paketin və sanksiyaların bir hissəsini tətbiq etmir. Söhbət praktikada həyata keçirilə bilməyən məhdudiyyətlərdən gedir, çünki onların həyata keçirilməsi Moldova üçün əlavə xərclərlə nəticələnə bilər.

Xarici işlər naziri əlavə edib ki, Rusiya bazarı Moldova ixracı, xüsusən də kənd təsərrüfatı üçün hələ də vacibdir, baxmayaraq ki, ondan asılılıq azalıb.

V. QULİYEV
Seçilən
164
50
reyting.az

10Mənbələr