AZ

Numan Kurtulmuş ABŞ Konqresinin senatorlarına reaksiya verdi

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş İsrail Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinin senatorları tərəfindən alqışlanmasına reaksiya verdi.

Numan Kurtulmuş bu barədə rəsmi internet səhifəsində paylaşım edib.

''Beynəlxalq məhkəmələrdə mühakimə olunan bir qatili insan hüquqları, demokratiya və ədalət naminə bəşəriyyətin əldə etdiyi bütün nailiyyətləri tapdalayaraq alqışlayan ictimaiyyət bu qətliamın ortağı kimi bəşəriyyətin yaddaşına həkk olunub'',-deyə Numan Kurtulmuş paylaşımında vurğulayıb.

 

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
trt.net.tr

2Mənbələr