Rusiyanın Kaluqa vilayətində "Mi-28" helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada ''Mi-28'' tipli hərbi helikopterin planlı uçuş zamanı qəzaya uğradığı bildirilib.
Açıqlamada ekipaj üzvlərinin həyatını itirdiyi bildirilib.
"Helikopter boş əraziyə düşüb. Hadisənin baş verdiyi yerdə heç bir dağıntı yoxdur",-açıqlamada bildirilib.
İlkin məlumata görə, helikopter texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.