AZ

Rusiya yeni miqrant qanununu qəbul etdi: Bu miqrantlar…

İyulun 23-də Rusiya Dövlət Duması ikinci və üçüncü oxunuşda plenar iclasda əcnəbi vətəndaşların Rusiya Federasiyasının ərazisində qanuni əsaslarla olmadıqda onların Rusiya Federasiyasından deportasiyası haqqında qanun layihəsini qəbul edib. Beləliklə, mövcud deportasiya və inzibati deportasiya rejimləri ilə yanaşı, ölkədən çıxarılma rejimi də olacaq.

Vətəninfo.az xəbər verir ki,  Rusiya hakimiyyəti miqrasiya sahəsində ciddi nəzarətə başlayır və Rusiya qanunlarına tabe olmayan və ya Rusiya Federasiyasında olmaq üçün hüquqi əsaslarını itirmiş şəxslər Rusiya Federasiyasının ərazisində olmamalıdırlar.

Yeni deportasiya proseduru artıq sənədlərinin müddəti bitmiş və ya sənədləri etibarsız sayılan, yaxud cinayət törətmiş miqrantlara şamil ediləcək. Yeni hüquqi reqlamentə əsasən, deportasiya edilən miqrantlar xüsusi reyestrdə qeyd olunacaq və miqrantlar olduqları yer barədə polisə məlumat verməyə borclu olacaqlar.

O da qeyd olunur ki, qovulma rejimində olanlar Rusiya vətəndaşları ilə ailə qura, daşınmaz əmlak və ya avtomobil ala bilməyəcək, kredit götürüb ölkə daxilində sərbəst hərəkət edə bilməyəcəklər. Bu yolla leqallaşdırma mexanizmlərindən istifadə etməklə status dəyişikliyinə nail olmaq cəhdlərinin qarşısını almağa cəhd edilir.

Seçilən
127
1
veteninfo.az

1Mənbələr