Bir sıra cinayətlərə görə axtarışda olan Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişvilinin adı ölkədə terror aktının və hakimiyyəti devirmək üçün sui-qəsdin, o cümlədən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının fəxri sədri və qurucusu Bidzina İvanişvilinin qətlinin hazırlanması ilə bağlı işdə hallanır.
Bunu "Vahid Milli Hərəkat" partiyasından olan deputat Laşa Ruxaya deyib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti digər məsələlərlə yanaşı, İvanişvilinin qətlinin hazırlanması ilə bağlı da araşdırma aparıldığını təsdiqləyib.
Son günlər ərzində Dövlət Təhlükəsizliyi Xidməti artıq bir neçə nəfəri dindirib.
Mənbə: report.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az