İsrailin xarici işlər naziri İsrail Katz Livanla sərhəddə vəziyyətin gərginləşməsi ehtimalı barədə xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə “Bloomberg”ə müsahibəsində məlumat verib.
“Hizbullah” üzvləri Litani çayının o tayındakı sərhəd zonasından geri çəkilməzsə, döyüşlərin güclənməsi ehtimalı böyükdür.
Livanla daha böyük münaqişənin olacağı ehtimalı yüksəkdir. Şimaldan təxliyə edilən 70 minə yaxın vətəndaşımız var və biz onları geri qaytara bilmərik. Biz silahlıların Litani çayı ilə sərhəddən uzaqlaşmasını yenidən tələb edirik” , - nazir qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta