AZ

Xames Rodriges Roma klubuna təklif olundu

Braziliyanın “Sao Paulo” klubunun futbolçusu Xames Rodriges karyerasına İtaliyada davam edə bilər.

Msport.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” nəşri məlumat yayıb.

33 yaşlı yarımmüdafiəçinin agenti Xorxe Mendeş Roma təmsilçisinə oyunçu ilə müqavilə imzalamağı təklif edib.

Qeyd edək ki, Kolumbiya millisinin kapitanı 2023-cü ilin iyulundan Braziliya klubunda çıxış edir.

Seçilən
23
msport.az

1Mənbələr