AZ

Ermənistan Türkiyə ilə quru sərhədini açmaq istəyir

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb. 

Eyni zamanda XİN izah edib ki, İrəvan Ankaradan oxşar hazırlıq və öhdəlik gözləyir, o cümlədən üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində.

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı xüsusi nümayəndələrin görüşünə gəlincə, nazirlik qeyd edib ki, cəmiyyət yalnız dəqiq razılaşmalar olduqda zamanla bağlı məlumat əldə edəcək.


 

Seçilən
75
6
kanal14.az

7Mənbələr