AZ

Surə Rüfətin “Ay işığım” adlı solo konserti keçirildi

İyulun 22-i Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsinin şagirdi, Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin “My moonlight” (Ay işığım) adlı solo konserti keçirilib.

Kulis.az xəbər verir ki, skripka ifaçısı xüsusi seçilmiş klassik-romantik əsərlərdən ibarət repertuarını müəlliminə, məktəbinə həsr edib və aparıcı konsertmeyster, baş müəllim Svetlana Əhmədovanın müşayiəti ilə yüksək səviyyədə səsləndirib.

Surə Rüfətin təqdim etdiyi konsert proqramı böyük maraqla qarşılanıb.

Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Əməkdar müəllimi, professor Fatima İdyatulinanın sinfində təhsil alan Surə Rüfətin qazandığı beynəlxalq müsabiqələrin siyahısında dünyada nüfuzlu skripka müsabiqələrinin adları var.

Qeyd edək ki, Surənin bu il Parisdə 20 Yanvar faciəsinə həsr olunan solo konserti keçirilib. İsveçrədə və Fransadakı müsabiqələrdə birincilik qazanaraq orkestrlarla qala konsertlərdə Azərbaycanı yüksək səviyyədə təmsil edib.

Surə Rüfət, həmçinin, milli və beynəlxalq səviyyələrdə keçirilmiş müsabiqələrdə iştirak edib. O, sözügedən müsabiqələrdə 14 dəfə birinciliyə layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
kulis.az

5Mənbələr