AZ

İranda 16 məhkum edam edildi

İki gün ərzində Qəzvin, Urmu, Bircənd, Məşhəd, Türbəti Cam, Bəndər Abbas şəhərlərinin həbsxanalarında 16 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlərin qəsdən adam öldürməkdə və narkotik maddələrin alverində günahlandırıldıqları bildirilib.

Onlardan biri 43 yaşlı Gülabşah Nurzehi Əfqanistan vətəndaşıdır.

Ən çox edam sayı Xorasani Cənubi əyalətinin Bircənd şəhəinin həbsxanasında icra edilib.

Həmin həbsxanada 9 məhkumun edam hökmü yerinə yetirilib.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində İran həbsxanalarnda 283 məhkum edam edilib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
visiontv.az

1Mənbələr