AZ

Azərbaycan işgüzar turizm potensialını Hindistanda təbliğ edir - FOTOLAR

İyulun 25-dən Hindistanın Caypur şəhərində keçirilən və bu gün başa çatacaq 11-ci “MICE India & Luxury Travel Congress (MILT Congress 2024)” konqresində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Tədbirdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “bürünc tərəfdaş” statusunda təmsil edir.

Hindistanın işgüzar turizm üzrə aparıcı mütəxəssisləri, tədbir agentlikləri və toy təşkilatçıları ilə keçirilən B2B görüşlərdə Azərbaycanda işgüzar təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilir.

Bu ilin I yarısında Hindistandan Azərbaycana səfər edənlərin sayı 117 985 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

"Cebheinfo.az"

Seçilən
56
11
cebheinfo.az

10Mənbələr