Avstriyanın “Zalsburq” və Serbiyanın müdafiəçisi Straxinya Pavloviç “Milan”a keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, transferin məbləğinin 20 milyon avro ola biləcəyi iddia edilir. İtaliya klubu serbiyalıya mövsümü 1,5 milyon avro maaşla 5 illik müqavilə təklif edib.
23 yaşlı Pavloviç 2022-ci ildən “Zalsburq”un oyunçusudur. Müdafiəçi Serbiya millisində 33 oyun keçirib və 2 qolu var.