AZ

“Mançester Yunayted”in “toxunulmaz” oyunçuları məlum oldu

“Mançeter Yunayted” cari yay transfer pəncərəsində digər klubların fəal marağı mənzərəsində öz təşəbbüsü ilə iki futbolçusunu satmayacaq.

Arena.az bu barədə “Give me Sport” dərgisinə istinadən məlumat verir.

Bu “toxunulmazlar” “qırmızı şeytanlar”ın portuqal hücumameylli yarımmüdafiəçisi və kapitanı Bruno Fernandes və ingilis sol vingeri Markus Raşforddur.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” Fernandes və Raşfordu yalnız futbolçuların özləri transfer edilmək istəyində olsalar, “piştaxtaya” çıxaracaq. Daha əvvəl PSJ-nin bu futbolçularla maraqlandığı, amma Fransa nəhənginin onların müqabilində artıq pul ödəməyə hazır olmadığı bildirilirdi.

Adı çəkilən futbolçuların öz mövqeyində aparıcı rola sahib olduqları, “Mançester Yunayted”in niderlandlı baş məşqçisi Erik ten Haqın komandanı məhz onların ətrafında qurmaq istədiyi vurğulanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
arena.az

1Mənbələr