AZ

İsrail Qəzzanı bombalamağa davam edir

İsrail ordusunun Qəzzanın şərqinə təşkil etdiyi hücumlar nəticəsində azı 5 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın şərqindəki Sahabe məhəlləsindəki iki evi bombalayıb.
Hücum nəticəsində azı 5 fələstinli ölüb, çox sayda insan yaralanıb.
İsrail döyüş təyyarələrinin Qəzza şəhərinin şərqindəki Ed-Durc məhəlləsində bir evi bombalaması nəticəsində 6 nəfər yaralanıb.
İsrail Qəzza zolağının mərkəzindəki Əl-Miğraka bölgəsində bir çox binanı partlayıcılarla partladıb.
Qəzza xalqı mülki müdafiə qruplarının köməyi ilə Xan Yunis şəhərinin şərqindəki Beni Süheyla qəsəbəsində İsrailin bombaladığı evlərin dağıntıları altından çox sayda insanın cəsədini çıxarıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
trt.net.tr

1Mənbələr