AZ

Rusiya və Çin Ayda elmi araşdırmalar aparmaq məqsədilə əməkdaşlığa başlayır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya və Çin Ayda elmi araşdırmalar aparmaq məqsədilə stansiya yaratmaq üçün 5 birgə missiya həyata keçirməyi planlaşdırır.

Banco.az xəbər verir ki, Rusiya ilə Çin arasında imzalanan hökumətlərarası saziş Rusiyada rəsmi qərarların elan olunduğu internet saytında dərc olunub.

İki ölkənin birgə qurmağı planlaşdırdığı Beynəlxalq Ay Araşdırma Stansiyası (ILRS) layihəsi haqqında məlumatların yer aldığı müqavilədə stansiyanın 3 mərhələdə inşa ediləcəyi bildirilib.

Razılaşmaya əsasən, birinci mərhələdə Ayın tədqiqi üçün araşdırmalar aparılacaq, ikinci mərhələdə iki ölkə Ayda və kosmosda birgə tədqiqatlar həyata keçirəcək, üçüncü mərhələdə isə insanlar inşası başa çatdırılmış stansiyaya göndəriləcək.

Layihədə digər ölkələrin də iştirakının dəstəklənəcəyi bildirilən müqavilə çərçivəsində Rusiya və Çinin kosmosda 5 birgə missiya həyata keçirməsi planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
34
banco.az

1Mənbələr